0
Saturday 24 November 2012 - 21:09

"İsrail artıq Həmasdan qorxur"

Story Code : 214898
"İsrail artıq Həmasdan qorxur"
Livan Hizbullah təşkilatının lideri Seyid Həsən Nəsrullah Aşura günü ilə əlaqədar çıxış edib. Livanın "Əl-Mənar" kanalına müsahibəsində Hizbullah lideri bildirib ki, İsrailin Qəzza ilə apardığı döyüş fələstinlilərin qalibiyyəti ilə sona çatıb. İsrailin baş naziri Benyamin Netanyahunun "Biz Qəzzada öz məqsədlərimizə çatmışıq" çıxışına da münasibət bildirən Seyid Həsən Nəsrullah, bunun yalnış olduğunu söyləyib. "Onlar Qəzzada 3 məqsədlərinə çatdığını iddia edir. Lakin İsrail rejimi nə Qəzzadakı müqaviməti məhv edə bildi, nə fələstinlilərin silahlarını yox etməyi bacardı, nə də İsrail ordusunu gücləndirməyə nail oldu."

Qeyd edək ki, Hizbullah təşkilatının lideri Seyid Həsən Nəsrullah həmçinin vurğulayıb ki, Qəzzada Həmas döyüşçülərinin Təl-Əvivi raketlərlə vurması artıq fələstinlilərin qələbəsindən xəbər verir. "Düşmən artıq fələstinlilərdən qorxur. Döyüşlər göstərdi ki, İsrailin Hava Qüvvələri Həmasa məğlub oldu. İsrail ordusunda səfərbərliyin elan edilməsi isə psixoloji hücum idi."
Comment