QR CodeQR Code

Tasuada polis dəyənəkləri işə salındı

İslamtimes , 24 Nov 2012 21:07

İslamtimes - Xəsarətlər alanlar sırasında isə Zaur Xadimi,Rza Dadaşov və başqaları vardır.


islamtimes.org/az/ - Gəncə şəhərində uzun illərdi İmam Hüseyn(ə)ın Kərbəla faciəsini anma mərasimləri ilə əlaqədar, bir çox inanclı möminlər tərəfindən izdihamlı şəkildə qeyd olunur.

Şəhər icra hakimiyyəti kürsüsündə Elmar Vəliyev əyləşdikdən sonra gəncəlilərə qarşı sözün əsl mənasında repressiya siyasəti həyata keçirilir.Elmar Vəliyev ikillik höküməti dövründə hər zaman vəzifə səlahiyyətlərini aşaraq sakinlərlə kobud və qəddar hərəkətlərə yol vermişdir.

Bu gündə Tasua mərasimini qeyd etmək üçün Gəncə şəhəri mərkəzi cameəsi olan Şah Abbas məscidində yüzlərlə mömin toplaşaraq,Kərbəla olaylarını anmaq münasibətilə piyada yürüyüş etməyə cəhd göstərmişlər.

Şəhər baş polis idarəsinin rəisi General-mayor Rasim Musayevin tapşırığı əsasında üzü maskalı və əli dəyənəkli polis işçiləri tərəfindən dinc,əliyalın insanlara qarşı aqressiv davranışlar göstəriblər.

Əvvəlcədən planlaşdırılmış şəkildə avtobuslara yerləşdirilmiş çevik polis alayı əməkdaşları qəflətən vətəndaşlara demokratik dəyərlərə sığmayan bir tərzdə hücüm çəkərək,əllərindəki rezin dəyənəklər vasitəsilə cavan dindarları döyərək,maşınlara mindirmiş və hadisə yerindən dərhal naməlum istiqamətlərə doğru aparmışlar.

Onlarla İran İslam respublikasında dini təhsil almış rühani tələbə və bir neçə siravi inanclı Gəncə şəhəri Baş polis idarəsinə götürülüblər.Adları hələ mətbuata dəqiq bəlli olmayan saxlanılan möminlər aldığımız son məlumatlara görə hələdə Polis bölməsindədirlər,izahatları alınmaqdadırlar.

İzahatları alındıqdan sonra azadlığa buraxılacaqlar.Qeyd edimki aralığın qarışması nəticəsində çox sayda möminlər rezin dəyənəklərin təsirindən xəsarətlər alıblar.Həbs olunanlar arasında Tapdıq Tofiqoğlu və siravi dindar Tale adlı şəxslərdə yer almaqdadır.

Xəsarətlər alanlar sırasında isə Zaur Xadimi,Rza Dadaşov və başqaları vardır.Ümid edirik həbs olunlar tez bir zamanda öz ailələrinə qovuşacaq.
Məlumatın ardı olacaq izləyin.

İSLAMTİMES - RAMİZ HƏSƏNLİ


Story Code: 214899

News Link :
https://www.islamtimes.org/az/news/214899/tasuada-polis-dəyənəkləri-işə-salındı

Islam Times
  https://www.islamtimes.org