0
Saturday 24 November 2012 - 21:14

«İranı müharibə ilə təhdid etmək odla oynamaqdır»

Story Code : 214900
«İranı müharibə ilə təhdid etmək odla oynamaqdır»
«İranı müharibə ilə təhdid etmək nüvə müzakirələrinə zərər verəcək». APA-nın IRIB-ə istinadən məlumatına görə, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

O bildirib ki, Tehranla aparılan nüvə müzakirələrinin davam etməsi üçün İran hərbi yöndən təhdid edilməməlidir: «Bölgə ölkələrində ciddi problemlər var. Hazırkı vəziyyətdə hərbi təhdidlərin dilə gətirilməsi təhlükəli nəticələr verə bilər. İranın nüvə problemini həll yolu müzakirələrdir. Bu ölkəni müharibə ilə təhdid etmək odla oynamaqdır».
Comment