0
Sunday 25 November 2012 - 10:07

"Məhərrəm ayinlərini qadağan edənlər İslamın düşmənləridir"

Story Code : 215011
"Məhərrəm ayinlərini qadağan edənlər İslamın düşmənləridir"
İslamazeri.az-ın İQNA-ya istinadən verdiyi xəbərə görə, Ayətullah Sistani İngiltərə müsəlmanlarına göndərdiyi məktubda Məhərrəm məclislərinin əhəmiyyəti önə çəkilib. Məktub Ayətullah Sistaninin Avropadakı nümayəndəsi Höccətul-İslam vəl-Müslimin Seyid Mürtəza Kəşmiri tərəfindən oxunub.

Ayətullah Sistaninin məktubunda Məhərrəm ayının ayinlərinin qeyd edilməsi xüsusi vurğulanıb: "Məhərrəm ayının mərasimləri İslam ümmətinin şəxsiyyət rəmzidir. Bu ayinləri qadağan edən və haram bilənlərə inanmayın ki, onlar İslamın düşmənləridir".

Ayətullah Sistani ismarıcın sonunda İngiltərə müsəlmanlarına tövsiyə edib ki, din, əqidə və Hüseyni (ə) şüarlara sığınsınlar və İslam maarifini övladlarına kamil öyrətmək üçün onlara Quran və İslamın dili olan Ərəb dilini öyrətsinlər.
Comment