QR CodeQR Code

"Məhərrəm ayinlərini qadağan edənlər İslamın düşmənləridir"

25 Nov 2012 10:07

IslamTimes - Ayətullah Sistani: "Məhərrəm ayinlərini qadağan edənlər İslamın düşmənləridir"


İslamazeri.az-ın İQNA-ya istinadən verdiyi xəbərə görə, Ayətullah Sistani İngiltərə müsəlmanlarına göndərdiyi məktubda Məhərrəm məclislərinin əhəmiyyəti önə çəkilib. Məktub Ayətullah Sistaninin Avropadakı nümayəndəsi Höccətul-İslam vəl-Müslimin Seyid Mürtəza Kəşmiri tərəfindən oxunub.

Ayətullah Sistaninin məktubunda Məhərrəm ayının ayinlərinin qeyd edilməsi xüsusi vurğulanıb: "Məhərrəm ayının mərasimləri İslam ümmətinin şəxsiyyət rəmzidir. Bu ayinləri qadağan edən və haram bilənlərə inanmayın ki, onlar İslamın düşmənləridir".

Ayətullah Sistani ismarıcın sonunda İngiltərə müsəlmanlarına tövsiyə edib ki, din, əqidə və Hüseyni (ə) şüarlara sığınsınlar və İslam maarifini övladlarına kamil öyrətmək üçün onlara Quran və İslamın dili olan Ərəb dilini öyrətsinlər.


Story Code: 215011

News Link :
https://www.islamtimes.org/az/news/215011/məhərrəm-ayinlərini-qadağan-edənlər-islamın-düşmənləridir

Islam Times
  https://www.islamtimes.org