0
Sunday 25 November 2012 - 12:30

"Sendi"nin ziyanı 29,4 milyard dollardır

Story Code : 215015
"Sendi"nin ziyanı 29,4 milyard dollardır
ABŞ-da 150 nəfərin ölümü ilə nəticələnən "Sendi" qasırğası Nyu-Cersi ştatına 29,4 milyard dollar ziyan vurub. Bu barədə ictimaiyyətə Nyu-Cersi ştatının qubernatoru Kris Kristie məlumat verib. Onun sözlərinə görə, təbii fəlakət zamanı ştatda yerləşən yüzlərlə ev və işyerləri, avtomobillər, magistral yollar, körpülər, ağaclar və digər dövlət əhəmiyyətli obyektlərə xeyli ziyan dəyib. Qeyd edək ki, Nyu-York ştatının qubernatoru Andrev Kuomon isə "Sendi" qasırğasının ştata vurduğu ziyanın 30 milyard dollar olduğunu açıqlayıb.
Source : XezerXeber
Comment