QR CodeQR Code

Yəmən paytaxdında Hüseyn (ə) əzadarlarına qarşı terror edildi, 3 Hüseynçi şəhid oldu

Abna , 25 Nov 2012 14:04

İslamtimes - Yəməndə şxsiyyətləri bilinməyən bir qrup terrorist Sən`a-da keçirrlən Aşura mərasiminə hücum çəkərək 3 Hüseynçini şəhid və 10 nəfəri isə ağır yaralamışdır .


Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən bütün dünya Əhli-Beyt (əleyhimus səlam) aşiqləri kimi Yəmənin paytaxtı Sən`a-da müsəlmanlar da İmam Hüseynə (əleyhis səlam) əza məclisi saxlayaraq onun məktəbini yaşadırlar. Lakin təsüflə qeyd etməliyik ki, ABŞ,İngiltərə və israil rejiminə uyan bəzi yerli muzdurlar tərəfindən bu möhtəşəm əzadarlıq məclisi terror hadisəsi ilə sona bitmişdir. Belə ki, şxsiyyətləri bilinməyən bir qrup terrorist Yəməndə Aşura mərasiminə hücum çəkərək 3 Hüseynçini şəhid və 10 nəfəri isə ağır yaralamışdır.

Yerli təhlükəsizlik orqanlarından verilən xəbərə görə, terroristlər Sən`a-da keçirilən mərasim iştirakçılarına avtomatdan güllə açmışlar.

Hal şahidlərinin dediyklərinə görə isə, dünən paytaxt Sən`a-da, yerli vaxt ilə 18:30 radələrində, İmam Hüseyn (əleyhis səlam) əzadarlıq mərasiminin keçirilən yerin girişində bomba partladılmış, daha sonra isə əzadarlara hücum çəkilərək avtomatdan güllə açmışlar.


Story Code: 215034

News Link :
https://www.islamtimes.org/az/news/215034/yəmən-paytaxdında-hüseyn-ə-əzadarlarına-qarşı-terror-edildi-3-hüseynçi-şəhid-oldu

Islam Times
  https://www.islamtimes.org