QR CodeQR Code

“Aşura günü”ndə 1602,8 litr qan tədarük olunub

26 Nov 2012 15:25

IslamTimes - Bu il də Məhərrəmlik ayının onuncu günü - “Aşura günü”ndə qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə könüllü qanvermə aksiyaları keçirilib.


Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, aksiyalar Bakı şəhərində "Mir-Mövsüm ağa", "Təzə pir", "Bibi-Heybət", "İçərişəhər Cümə", "Qaraçuxur", "Hacı Soltan-Əli", Keşlə qəsəbə məscidlərində, Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankında, həmçinin Sumqayıt şəhər “Cümə”, Mingəçevir şəhər “Heydər”, Şəki şəhər, Gəncə şəhər “İmamzadə”, Bərdə şəhər “Cümə”, Lənkəran şəhər “Böyükbazar” məscidlərində, və Mərkəzi Qan Bankının Şirvan və Quba bölmələrində təşkil olunub. Təşkil olunan qanvermə aksiyalarda 4007 nəfər könüllü qan verib ki, nəticədə 1602,8 litr qan tədarük olunub. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.

Ötən illərlə müqayisədə bu il qanvermədə daha çox könüllü iştirak edib. Belə ki, 2011-ci ildə 3409 nəfər qan verib və 1363,6 litr qan tədarük olunub.


Story Code: 215339

News Link :
https://www.islamtimes.org/az/news/215339/aşura-günü-ndə-1602-8-litr-qan-tədarük-olunub

Islam Times
  https://www.islamtimes.org