QR CodeQR Code

Qəzza qələbəsi İslami Oyanışın ikinci dalğasıdır

İslamtimes , 26 Nov 2012 22:00

İslamtimes - İranlı komandir deyib ki, Fələstin müqavimət hərəkatının İsrail ilə səkkiz günlük müharibəsi nəticəsində qələbə qazanması regionda İslami Oyanışın ikinci dalğasıdır.


islamtimes.org/az/ - İranın könüllülərdən ibarət olan Bəsic qüvvələrinin komandiri Briqada Generalı Muhəmməd Rza Nəqdi Fələstin qrupları arasında olan vəhdəti və dünya müsəlman xalqlarını İsrail rejiminin Qəzza Zolağında təcavüzünə son qoymaqda kömək etdikləri üçün alqışlayıb.

Fələstinə dəstək məqsədi ilə təşkil edilmiş nümayişdə çıxış edən Nəqdi deyib: “Müsəlman xalqlar əvvəlki günlərə nisbətən indi daha yaxşı başa düşür ki, zorakılığın qarşısını almaq üçün əllərindən gələni etməlidirlər.”

O deyib: “Livan və Qəzza Zolağının insanları igidcəsinə müqavimət göstərdilər və Suriya xalqı da öz kəşfiyyatı və müqavimət cəbhəsinə dəstəyi davam etdirməklə öz vəzifəsini çox yaxşı yerinə yetirdi.”

Komandir deyib ki, İsrail rejiminin təmamilə məğlubiyyəti Qərb Sahilində və İordaniyada başlayacaq oyanışdan asılı olacaq və bu ərazidəki insanlar gərək Fələstinin azadlığı uğrunda öz tarixi rollarını nümayiş etdirələr.

Nəqdi ABŞ-ın yaşıl işığı ilə İsrail rejiminin Fələstin vətəndaşlarına qarşı törətdiyi qırğını xatırlamış və demişdir ki, artıq işğal edilmiş Fələstin torpaqlarına köç edən İsraillilərin əksəriyyəti bu köçə görə peşmandılar və öz doğma vətənlərinə qayıtmaq istəyirlər.

O daha sonra Türk hökumətini Suriya üsyançılarına silah-sursat verdiyi, ancaq Fələstin müqavimət hərəkatını İsrail rejiminə qarşı əməli şəkildə dəstəkləmədiyi üçün tənqid edib.


Story Code: 215444

News Link :
https://www.islamtimes.org/az/news/215444/qəzza-qələbəsi-islami-oyanışın-ikinci-dalğasıdır

Islam Times
  https://www.islamtimes.org