QR CodeQR Code

Nardaran qəsəbəsində möhtəşəm Aşura mərasimi keçirilib

Islaminsesi , 26 Nov 2012 22:13

İslamtimes - Mərasimi idarə edən Nardaran məscidinin axundu Hacı Nuhbala Aşuranın tarixi və mahiyyəti haqda məlumat verdikdən sonra siyasi bəyanatlarla çıxış edib .


İslaminsesi portalının məlumatına görə, səhər saatlarından insanlar Aşura mərasiminin keçirildiyi yerə, Nardaran pirinə axışmağa başlayıb. Təhlükəsizliyin təmin edilməsi üçün kəndin girişində polis postları qurulub.

Mərasimi idarə edən Nardaran məscidinin axundu Hacı Nuhbala Aşuranın tarixi və mahiyyəti haqda məlumat verdikdən sonra siyasi bəyanatlarla çıxış edib.

Hacı Nuhbala həmçinin məktəblərdə hicabla bağlı qadağadan, ABŞ-İsrail-Fələstin münasibətlərindən danışıb.

Hacı Nuhbala çıxışında “21 dekabr” tarixinə toxunub, “bəzi KİV-lərdə 21 dekabrda dünyanın sonu olacağını barədə çap edilən məqalələrin gülünc olduğunu” qeyd edib.

Daha sonra mərasim dini mərsiyələrlə davam etdirilib. Bir qrup şəxs zəncir və sinə vurmaqla əzadarlıq edib.

Saat 12-də Aşura mərasimi başa çatıb.

Qeyd edək ki, təxmini hesablamalara görə, bu kənddə keçirilmiş mərasimdə ətraf qəsəbə və kəndlər də daxil olmaqla 10 minə yaxın insan iştirak edib. Nardaran kənd sakinlərinin sözlərinə görə, bu il keçən ilə nisbətən daha az adam Aşura mərasiminə qatılıb.


Story Code: 215448

News Link :
https://www.islamtimes.org/az/news/215448/nardaran-qəsəbəsində-möhtəşəm-aşura-mərasimi-keçirilib

Islam Times
  https://www.islamtimes.org