0
Tuesday 27 November 2012 - 08:46

Yaponiyada 40 min ailə elektriksiz qalıb

Story Code : 215513
Yaponiyada 40 min ailə elektriksiz qalıb
Bu barədə APA Kiodo agentliyinə istinadən məlumat verir.

Xokkaydoda küləyin sürəti saniyədə 40 metrə çatır, güclü qar yağır, çovğun var. Şiddətli külək elektrik dirəklərini aşırır.

Muroran şəhərində tibb müəssisələri elektriksiz qalıb. 89 elektrik qatarı dayandırılıb, 70 məktəbdə dərslər keçirilmir.

Sinoptiklərin proqnozuna görə əlverişsiz hava şəraiti bir gün də davam edəcək.
Comment