0
Tuesday 27 November 2012 - 14:34

İran, Azərbaycan və Türkiyə xarici işlər nazirləri bir arada

Story Code : 215615
İran, Azərbaycan və Türkiyə xarici işlər nazirləri bir arada
APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, noyabrın 28-də Ərzurum şəhərində keçiriləcək toplantıda hər üç ölkəni maraqlandıran məsələlərlə bağlı regional əməkdaşlığın inkişaf etdirilməsi imkanları mövzusunda fikir mübadiləsi aparılacaq, daha əvvəl Urmiya və Naxçıvanda keçirilmiş yığıncaqlarda alınmış qərarlara yenidən baxılacaq.

Bundan əlavə, toplantı çərçivəsində Türkiyə xarici işlər naziri Əhməd Davudoğlunun azərbaycanlı həmkarı Elmar Məmmədyarov və iranlı həmkarı Əli Əkbər Salehi ilə ikitərəfli görüşlər keçirəcəyi bildirilir.

Türkiyə Xarici İşlər Nazirliyi tərəfindən toplantı ilə bağlı nəşr olunan məlumatda isə üç ölkə rəsmisinin regional əməkdaşlığı inkişaf etdirmək üçün fikir mübadiləsi aparacaqları və mövcud əlaqələrin daha da inkişaf etdirilməsinin müzakirə olunacağı vurğulanıb.
Comment