QR CodeQR Code

İran, Azərbaycan və Türkiyə xarici işlər nazirləri bir arada

27 Nov 2012 14:34

IslamTimes - Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin növbəti üçtərəfli görüşünün proqramı açıqlanıb.


APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, noyabrın 28-də Ərzurum şəhərində keçiriləcək toplantıda hər üç ölkəni maraqlandıran məsələlərlə bağlı regional əməkdaşlığın inkişaf etdirilməsi imkanları mövzusunda fikir mübadiləsi aparılacaq, daha əvvəl Urmiya və Naxçıvanda keçirilmiş yığıncaqlarda alınmış qərarlara yenidən baxılacaq.

Bundan əlavə, toplantı çərçivəsində Türkiyə xarici işlər naziri Əhməd Davudoğlunun azərbaycanlı həmkarı Elmar Məmmədyarov və iranlı həmkarı Əli Əkbər Salehi ilə ikitərəfli görüşlər keçirəcəyi bildirilir.

Türkiyə Xarici İşlər Nazirliyi tərəfindən toplantı ilə bağlı nəşr olunan məlumatda isə üç ölkə rəsmisinin regional əməkdaşlığı inkişaf etdirmək üçün fikir mübadiləsi aparacaqları və mövcud əlaqələrin daha da inkişaf etdirilməsinin müzakirə olunacağı vurğulanıb.


Story Code: 215615

News Link :
https://www.islamtimes.org/az/news/215615/iran-azərbaycan-və-türkiyə-xarici-işlər-nazirləri-bir-arada

Islam Times
  https://www.islamtimes.org