0
Tuesday 27 November 2012 - 19:22

Ərəblər İsrailə dəstək verdikləri üçün xəbərdar olunublar

Story Code : 215719
Ərəblər İsrailə dəstək verdikləri üçün xəbərdar olunublar
Ərəblər İsrailə dəstək verdikləri üçün xəbərdar olunublar
Islam times.org/az/ - İran Hərbi Qüvvələrinin rəis müavini Briqada Generalı Məsud Cəzayeri deyib: “Əgər ABŞ tərəfindən himayə edilən Ərəb dövlətləri Sionist rejiminə olan dəstəklərindən bir az da olsun əl çəksəydilər Fələstin məsələsi çoxdan keçən illər ərzində həll edilmişdir.”

O əlavə edərək deyib ki, İsrailin ölüm zəngi artıq çalınır və İsrail rejiminin dəstəkçiləri və Ərəb irticaçıları özləri düzəltdikləri bataqlıqda boğulacaqlar.

O qeyd edərək bildirib ki, əgər məzlum Qəzza xalqına kömək etmirsənsə, bu zaman heç olmasa imkan ver digər ölkələr onlara yardım etsin.

İranlı komandir Fələstin müqavimətinin İsrail rejimi üzərindəki qələbəsini alıqşlamış və demişdir ki, səkkiz günlük müharibə regionda İslami müqavimətin yararlana biləcəyi yeni vəziyyət yaratdı.

Bu qələbə Fələstin xalqının təcavüzkar İsrail rejiminə qarşı mübarizədə tarixin dönüş nöqtəsi olacaq və bundan sonra Müsəlmanlara qarşı ola biləcək hərhansı bir hərbi hücum məğlubiyyətlə nəticələnəcək və təcavüzkarlar baha başa gələcək.
Source : İslamtimes
Comment