0
Wednesday 28 November 2012 - 00:25

Aşura müşahidələri

Story Code : 215808
Aşura müşahidələri
Aşura müşahidələri
Islam times.org/az/ - Bu gün Aşura oldu. Mən sizə tarixdən, dindən danışa biləcək biliyə malik deyiləm, bu barədə sizin məlumat ala biləcək milyonlarla mənbələriniz var, sizə danışacaqlarım sadəcə Aşura müşahidəsi olacaq.

Ən azı təqvim ardıcıllığı baxımından hər il Aşura Bakının qonağı olur, ancaq qonağı, daimi sakini yox, mərasimdə iştirak edənlərsə xorla “hər gün Aşura, hər yer Kərbəla” şüarları deyir.

Ardıcıllığı pozmayın, o isə belədir. pozmayın, o isə belədir. Ya Allah deyib evdən çıxdım ki, gedim həm Aşurada iştirak edim, həm də bir baxım görüm ötən illə bu ilin Aşurasında bir fərq olacağmı? Məhəlləmiz və prospekt boyu məscidə gedərkən ilk fərq hiss edildi, ötən illərlə müqayisədə daha çox dükan açıq idi. Maraqlı bilirsinizmi nədir?

5 ilə əvvəl həmin məhəllə və prospektlə gedib məscidə çatanadək bir açıq dükan görməzdin, bütün yol boyu cəmi iki kafe açıq olurdu ki, onlarda işləmirdilər, çöldə stol qoyub ehsan olaraq xurma, meyvə şirəsi paylayırdılar və ya çay.

Hər il Aşura günü Zöhr azanına qədər açıb işləyən, yəni ticarətlə məşğul olan dükanların sayı artır, 4 il əvvəl ilk dəfə Aşura günü nahara qədər dükanı işləyən iki sələfi tacirin dükanı oldu. Zaman zaman bu sələfilər nə siyasət yeritdilərsə dükan sahiblər arasında vəhabilər çoxalır, diqqət edin dükanı icarə götürənlər yox sahiblər arasında çoxalır.

Gəldim çıxdım məscidə, mərasimə gələnlərin sayı ötən ildənkindən daha çox olduğunu gördükdən təəcüblənmədim, vaxt keçdikcə onların sayı daha da artırdı. Bunun səbəbini anlamaq mənim üçün çətin deyildi və bunun səbəbi “Azərbaycan müsəlman ölkəsidir” fikir deyildi, səbəb o idi ki, bu gün Aşura bazar gününə təsadüf etmişdi məktəblər, idarə və müəssisələr işləmirdi, əlbəttə əgər müəssisə vəhabilərin ixtiyarında deyilsə.

Tədbirin təşkilatçılığında ötən ildən daha fərqli bir irəliləyiş görmədim və bunu da səbəbi dindarların icmasında yox birbaşa dövlətin özün də idi ki, ildə bir dəfə Aşura mərasimi üçün polisləri kütləvi şəkildə küçələrə tökməkdən başqa bir addım atmır.

Hər il olduğu kimi, bu il də Aşura mərasiminə dövlət qulluqçuları, populyar adamlar, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, və b. qatılmamışdı, bazar günü olmasına baxmayaraq. Həmişəki kimi Aşurada iştirak edən sadə adamlar, kiçik ticarətçilər, evdar qadınlar idi və bir də polislər, ancaq, hüquq mühafizə orqanlarının əməkdaşlarının iştirakının səbəbi bəllidir.

Dini mərasimlərin keçirilməsində maneçilik törətməsi ilə ad çıxaran Gəncə xanı Elmar Vəliyevin “şücaət”indən artıq xəbərdarsınız. Bu il də bu planda Gəncə hamıdan daha çox fərqləndi. Ancaq iş burasındadır ki, Aşura yürüşü təkcə Gəncədə yox digər rayonlarda da qadağan edilmişdi, sadəcə Elmar bir az da qabağa gedib bazar günü olmasına baxmayaraq məktəblərdə dərslərin keçirilməsini əmr etdi və əmri yerinə yetirdilər.

Gəncə, Bərdə, Şamaxı və Masallıda (hələlik məlum olan rayonlar bunlardır) dindarlar Aşura yürüş keçirmək istədikləri üçün saxlanlıblar, verilən məlumata görə ümumilikdə 170 nəfərdən çox dindar polisə aparılıb. Nə qədər tənqid olunsa da, qarşısı alınması üçün təbliğat aparılsa da bu il də qan vermə aksiyası ilə yanaşı zəncir vurma aksiyaları da təşkil olundu.

Hacı İlqar İbrahimoğlunun Şəhidlər Xiyabanında təşkil etdiyi Aşura mərasimi isə daha çox diqqəti cəlb etdi. Ümumilikdə isə cəmiyyətdə həm Aşura, həm də matəm elə dindarlar tərəfindən təşkil olunur və ölkənin şiə ölkəsi olmasını görməmək mümkün deyil.

İSLAMTİMES - ORXAN
Source : İslamtimes
Comment