0
Wednesday 28 November 2012 - 07:51

Sərkisyan Fransada özünü biabır edib

Story Code : 215839
Sərkisyan Fransada özünü biabır edib
Sərkisyan Fransada özünü biabır edib
Ermənistan prezidenti Serj Sərkisyanın 12-14 noyabr tarixlərində rəsmi ziyarətdə olduğu Fransada bir fransız müxbiri təhdid etdiyi ortaya çıxıb.

Serj Sərkisyandan müsahibə götürmüş “France-3” telekanalının müxbiri Olivier Michel həftəlik “Tribune de Lyon” qəzetinə açıqlamasında deyib ki, Serj Sərkisyana Ermənistandakı korrupsiya, rüşvətxorluq və Ermənistanın Suriya ilə əlaqələri barədə suallar ünvanlayıb.

Olivier Michel bildirib ki, həmin suallar Serj Sərkisyanı əsəbiləşdirib. Reportajdan sonra isə müxbir təhdid edilib: “Reportajdan sonra Serj Sərkisyanın ətrafındakı insanlar məni təhdid etməyə başladılar. Serj Sərkisyana tərcüməçilik edən qadın məni bir küncə çəkdi, bir erməni nazir isə məni barmaq işarəsi ilə təhdid etdi”.

Qeyd edək ki, “France-3” telekanalında Serj Sərkisyanın həmin müsahibəsi yayımlanıb. 9,5 dəqiqəlik reportajda Serj Sərkisyanın Ermənistandakı korrupsiya və rüşvətxorluqla bağlı suala əsəbiləşdiyi aydın görünür.

Yeri gəlmişkən, “France-3” telekanalının müxbiri 2011-ci ildə 3 min 600 Ermənistan vətəndaşının Fransadan sığınacaq istədiyini də xatırladır və ermənilərin nə üçün Ermənistanı tərk etdikləri ilə maraqlanır. Ermənistandakı ağır sosial-iqtisadi duruma toxunmayan Serj Sərkisyan isə bu suala bəsit bir cavab verməklə can qurtarmağa çalışır: “İnsanlar daha əlverişli həyat şəraiti, daha yüksək maaşlı iş istəyirlər...”

Lent.az
Source : Lent.az
Comment