QR CodeQR Code

"Səudiyyə kralının vəziyyəti ağırdır"

28 Nov 2012 09:13

IslamTimes - Səudiyyə Ərəbistanı kralı Abdullah bin Əbdüləzizin vəziyyətinin ağır olduğu bildirilir. Bəzi KİV onun öldüyünü belə yazıb.


"IslamTimes" "Əl-minar" qəzetinə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı rəsmilərindən biri Ərəbistan kralı Abdullah bin Əbdüləziz Ali Səud ilə bağlı yayılan xəbərlərə münasibətdə deyib: "Kralın vəziyyəti cərrahiyyə əməliyyatından sonra pisdir. O yaşlılıq səbəbindən uyğun problemlə üzləşib."

"Əl-minar" məlumatlı mənbələrə istinadən yazıb ki, kral Abdullah danışıq qabiliyyətini itirib. Onun hətta zehni funksiyaları da 0 həddinə çatıb. Elə bu üzdən də Səudiyyə Ərəbistanında əmniyyət tədbirləri gücləndirilib. Diktatorluq hökm sürən ölkədə xalqın qiyamının qarşısını almaq üçün bir çox şəhərlərin girişində nəzarət məntəqələri ciddi iş rejiminə keçib.


Story Code: 215850

News Link :
https://www.islamtimes.org/az/news/215850/səudiyyə-kralının-vəziyyəti-ağırdır

Islam Times
  https://www.islamtimes.org