QR CodeQR Code

İsveç və Fransa Fələstinin müstəqilliyini dəstəkləyəcək

28 Nov 2012 10:08

IslamTimes - İsveç hökuməti Fələstinin BMT-yə müstəqil dövlət kimi tanınması məqsədilə edəcəyi müraciət zamanı onları dəstəkləyəcəklərini bəyan edib.


Bu barədə İsveç Xarici İşlər Nazirliyinin yazılı açıqlamasında bildirilib. Fələstinin dövlət kimi tanınması üçün həmin qətnamənin BMT Baş Assambleyasına üzv olan 193 ölkənin əksəriyyətinin dəstəkləməsi gərəkir. Hazırda dünyanın artıq 132 ölkəsi müstəqil Fələstin dövlətinə dəstək verir.

Bu arada Fransa hökuməti də Fələstinin BMT-yə müraciətlərini dəstəkləyəcəklərini bildirib. Bu barədə Fransa XİN-inin mənbələri məlumat verib. /Deyerler/


Story Code: 215859

News Link :
https://www.islamtimes.org/az/news/215859/isveç-və-fransa-fələstinin-müstəqilliyini-dəstəkləyəcək

Islam Times
  https://www.islamtimes.org