QR CodeQR Code

Qəzza xalqı təşəkkür etdi

28 Nov 2012 14:05

IslamTimes - Qəzza xalqı, İran dövlətinə verdiyi hərbi və maliyyə dəstəyinə görə təşəkkür edib


Həmas döyüşçülərinin İsrail ordusu üzərində bir həftə davam edən döyüşdən sonra əldə etdiyi qələbəni bayram edən Qəzza xalqı, İran dövlətinə verdiyi hərbi və maliyyə dəstəyinə görə təşəkkür edib. Fələstinlilər Qəzzada yeni doğulan körpələrə "Fəcr" adını qoymaqla yanaşı, ərazidəki bütün meydanlarda reklam lövhələrinə "Təşəkkür İran" şüarını yerləşdirib.

Qeyd edək ki, ərəb, ingilis və ibrani dilində yazılan təşəkkür şüarları ilə birgə İranın Qəzzaya verdiyi "Fəcr 5" raketlərinin şəkilləri də plakatlara vurulub. Mövzu ilə bağlı "İslami Cihad" Hərəkatının Qəzzadakı rəsmisi Hadir Həbib bildirib ki, fələstinlilər İran dövlətinə Qəzzaya verdiyi dəstəyə görə minnətdardır. "Qəzza xalqı İranın bu döyüşdəki rolunu təqdir edir və minnətdarlığını bildirir. İranın verdiyi raketlər hətta Təl-Əvivi belə vurdu. Buna görə, xalqımıza kömək edənlərə təşəkkür etmək bizim vəzifəmizdir.", - deyə "İslami Cihad"ın Qəzzadakı rəsmisi əlavə edib.


Story Code: 215922

News Link :
https://www.islamtimes.org/az/news/215922/qəzza-xalqı-təşəkkür-etdi

Islam Times
  https://www.islamtimes.org