0
Wednesday 28 November 2012 - 22:41

İngiltərə İsrailin hərbi cinayətlərini gizlətməyə çalışır

Story Code : 216095
İngiltərə İsrailin hərbi cinayətlərini gizlətməyə çalışır
İngiltərə İsrailin hərbi cinayətlərini gizlətməyə çalışır
Islam times.org/az/ - Britaniya ictimaiyyəti İngiltərə hökumətinə BMT-də Fələstin dövlətinin tanınması üçün “hə” deməsinə görə hökumətə təziqlər edirlər.

Ancaq Britaniya hökuməti isə Fələstin hökumətinin rəhbəri Mahmud Abbasa təziq göstərərək İsrail rejiminin hərbi cinayətləri haqqında məsələsini qaldırmamağa çalışır.

Bir həftə sonra Nyu Yorkda BMT-nin Baş Assambleyasında Fələstin məsələsi müzakirə olunacaq və Fələstin “qeyri-üzv dövlət” kimi tanınacaq.

Britaniya isə İsrailin hərbi cinayətlərini beynəlxalq məhkəmələrə çıxartmamaq üçün Fələstinliləri Beynəlxalq Cinayət Məhkəməsi və ya Beynəlxalq Ədalət Məhkəməsinə üzv olmamasını istəyir.

İkinci şərt kimi isə onlar heç bir şərt olmadan İsrail ilə sülh danışıqlarına son qoymasını tələb ediblər.

Çoxdan gözlənilən səsvermədə 132 BMT üzvünün Fələstin dövlətini tanıyacaqları gözlənilir.

Fəlstinin Avropa Birlyindəki nümayəndəsi Leyla Şahid deyib: “Ərəb Baharında baş verən hər şeydən sonra İngiltərə heç cürə özünü elə göstərə bilməz ki, Liviya, Suriya və Misirdə dümokratiya naminə görülən işləri qəbul etsin, ancaq Fələstinin işğal altında yaşamasına razı olsun.”
Source : İslamtimes
Comment