0
Wednesday 28 November 2012 - 22:50

İslam Rəhbəri: İran regionda və dünyada böyük nüfuza malikdir

Story Code : 216098
İslam Rəhbəri: İran regionda və dünyada böyük nüfuza malikdir
İslam Rəhbəri: İran regionda və dünyada böyük nüfuza malikdir
Islam times.org/az/ - İslam Rəhbəri 27 noyabrda İran Hərbi Donanma günü münasibəti ilə İran Hərbi Donanma komandirləri qarşısında çıxış edərək deyib: “Regionda və dünyada mövcud olan halhazırkı şəraitə ötəri də olsa nəzər salsaq İranın dünyadakı təsir dairəsini görə bilərik.”

İslam rəhbəri deyib: “Qərbin Yaxın Şərq siyasəti ilə İslam Respublikasının Yaxın Şərq siyasətini müqayisə etsək, çox açıq şəkildə görə bilərik ki, İslam Respublikasının regional siyasəti öz hədəflərinə çox yaxınlaşıb.”

Ayətullah əl üzma Xamenei həmçinin İslam Respublikasının uzun müddətli olan hədəflərini qeyd etmiş və İslami quruluşunun nailiyyətləri haqqında danışmışdır.

İslam Rəhbəri sözlərinə davam edərək bildirib ki, İranın əldə etdiyi nailiyyətlər İslam Respublikasının niyə bu qədər mənfi hallar ilə üzləşdiyini izah edir.

Ayətullah əl üzma Xamenei Oman dənizinin sahil ərazilərini və qonşu Makran ərazisini İranın böyük milli sərvəti adlandırıb.
Source : İslamtimes
Comment