QR CodeQR Code

İsrail yenə atəşkəsi pozub, 7 nəfər yaralanıb

29 Nov 2012 09:57

IslamTimes - İisrail ordusu Qəzza zolağının mərkəzində yerləşən 2 qaçqın düşərgəsinə zərbə endirib.


APA-nın CNNTürk-ə istinadən verdiyi məlumata görə, hücum nəticəsində 7 fələstinli yaralanıb.

Qəzza səhiyyə idarəsinin nümayəndəsi Əşrəf əl-Kudranın bildirdiyinə görə, yaralılar «Əqsa Şəhidləri» xəstəxanasına qaldırılıblar. Ə-Kudra hücumda minaatanlardan istifadə olunduğunu bildirib.

İsrail tərəfi məsələ ilə bağlı açıqlama verməyib.

İsrail və Qəzza 8 günlük döyüşlərdən sonra noyabrın 21-də atəşkəs barədə saziş imzalayıblar.


Story Code: 216171

News Link :
https://www.islamtimes.org/az/news/216171/israil-yenə-atəşkəsi-pozub-7-nəfər-yaralanıb

Islam Times
  https://www.islamtimes.org