QR CodeQR Code

SİONİST REJİMİ QORXU KEÇİRİR!

8 Mar 2010 16:15

Sionist rejimi hərbi məntəqələrinin Hizbullahın raketlərinə hədəf olmasından qorxur.


Islamtimes: Sionist rejiminə məxsus “Haaritz” qəzetinin yazdığı məlumata əsasən sionist rejimi hərbi qüvvələri apardığı araşdırmalar nəticəsində işğal olunmuş ərazilərdə və habelə qondarma israil dövlətinin mərkəzində yerləşdirilmiş hərbi məntəqələrin Hizbullah və Suriyanın uzaq məsafəli raketləri tərəfindən dəqiq olaraq hədəf alına bilməsinin mümkünlüyünü bildirmişdir.

Sionist rejimi rəsmiləri Hizbullah və Suriyanın on minlərlə raketlərə malik olduğunu bildirərək bu raketlərin bəzilərinin qondarma israil dövlətinin mərkəzini vurmaq qabiliyyətində olduğunu açıqlamışdır.

Sionist rejimi ordusunun verdiyi məlumata əsasən işğal olunmuş ərazilərdə müharibə başlayacağı təqdirdə bu rejimin hərbi qüvvələri yerləşdiyi məntəqələr, xüsusilə də hava qüvvələri yerləşdiyi məntəqələrin Hizbullahın və Suriyanın raketlərinə hədəf olma ehtimalını bildirmişdir.

Sionist rejimi hərbiçiləri atılmış raketlərin hərbi məntəqələrə ciddi xəsarət verməsə belə, həyəcan siqnallarının işə düşməsi əks əməliyyatların həyata keçirilməsində ciddi problemlər yarada biləcəyini əlavə etmişdir.

İslamTimes
Redaksiya ilə əlaqə ünvanı: infoaz@islamtimes.org
Materialdan istifadə edərkən, “İslamTimes”-a istinad zəruridir.


Story Code: 21622

News Link :
https://www.islamtimes.org/az/news/21622/sionist-rejimi-qorxu-keçirir

Islam Times
  https://www.islamtimes.org