QR CodeQR Code

Qurban ol Bakı polisinə!

29 Nov 2012 12:29

IslamTimes - Azərbaycanın tanınmış müğənnisi Röya Ayxan həbs edilib.


“OLAYLAR”ın məlumatına görə, tanınmış müğənni Hollandiyada saxlanılıb. O yol polisinə müqavimətdə təqsirləndirilib. Məlumata görə, Röya Hollandiyada dostlarından birinin avtomobili ilə yolda hərəkət edərkən yol hərəkəti qaydalarını kobud pozub. Azərbaycanlı müğənninin qanun pozuntusu yolda quraşdırılan kamera vasitəsilə qeydə alınıb və hadisədən bir gün sonra Röya həmin avtomobillə saxlanılıb və ona qayda pozması barədə məlumat verilib. Bununla razılaşmayan Röya ona yazılan cəriməni ödəməkdən boyun qaçırıb və polisə müqavimət göstərib. Azərbaycanlı müğənniyə yol hərəkəti qaydalarını pozmaq barədə kamera çəkilişi göstərilsə də, o bununla razılaşmayıb. Yazılan cəriməni ödəməkdən imtina edən müğənni polisləri təhqir edərək avtomobilinə əyləşib və ərazini tərk etmək istəyib. Amma, Holland polisi buna imkan verməyib və müğənnini avtomobili ilə birlikdə cərimə meydançasına aparıb. Nəticədə Hollandiya qanunvericiliyinə əsasən Röya Ayxan idarə etdiyi avtomobilin Hollandiyada hərəkətinə qadağa qoyulub. /HaqqYolu/


Story Code: 216256

News Link :
https://www.islamtimes.org/az/news/216256/qurban-ol-bakı-polisinə

Islam Times
  https://www.islamtimes.org