0
Thursday 29 November 2012 - 12:29

Qurban ol Bakı polisinə!

Story Code : 216256
Qurban ol Bakı polisinə!
“OLAYLAR”ın məlumatına görə, tanınmış müğənni Hollandiyada saxlanılıb. O yol polisinə müqavimətdə təqsirləndirilib. Məlumata görə, Röya Hollandiyada dostlarından birinin avtomobili ilə yolda hərəkət edərkən yol hərəkəti qaydalarını kobud pozub. Azərbaycanlı müğənninin qanun pozuntusu yolda quraşdırılan kamera vasitəsilə qeydə alınıb və hadisədən bir gün sonra Röya həmin avtomobillə saxlanılıb və ona qayda pozması barədə məlumat verilib. Bununla razılaşmayan Röya ona yazılan cəriməni ödəməkdən boyun qaçırıb və polisə müqavimət göstərib. Azərbaycanlı müğənniyə yol hərəkəti qaydalarını pozmaq barədə kamera çəkilişi göstərilsə də, o bununla razılaşmayıb. Yazılan cəriməni ödəməkdən imtina edən müğənni polisləri təhqir edərək avtomobilinə əyləşib və ərazini tərk etmək istəyib. Amma, Holland polisi buna imkan verməyib və müğənnini avtomobili ilə birlikdə cərimə meydançasına aparıb. Nəticədə Hollandiya qanunvericiliyinə əsasən Röya Ayxan idarə etdiyi avtomobilin Hollandiyada hərəkətinə qadağa qoyulub. /HaqqYolu/
Comment