QR CodeQR Code

Ali Səud ailəsi kralın sağ olduğunu göstərmək üçün onun şəkillərini yayımlayıb

İslamtimes , 29 Nov 2012 20:01

Islamtimes - Səudiyyəli aktivist deyib ki, Səudiyyə Kralı Abdullah bin Əbdul Əzizin böyük oğlu kralın sağ olduğunu göstərmək üçün onun şəkillərini yayıb, halbuki kral kliniki cəhətdən ölüdür.


islamtimes.org/az/ - Ali Səud ailəsinin fəal tənqidçisi olan Haris bin Hammam Twitter sosial şəbəkəsində məlumat yayaraq bildirib ki, Səudiyyə Milli Qvardiyasının komandiri şahzadə Mutəb bin Abdullah kralın xüsusi məsləhətçisi Xalid əl Tuvaijri ilə birlikdə Kral Abdullah sağ olduğunu göstərmək üçün onun şəkillərini yayıblar.

Twitter fəalı Səud ailəsi haqqında qalmaqallı məlumatları ictimaiyyətə çatdıran bir şəxs kimi tanınır.

Londonda yaşayan Səudiyyəli jurnalist Aşarq Alovsat artıq kralın paytaxt Riyadda 14 saat davam edən cərrahiyə əməliyyatından sonra koma halına girdiyini və kliniki cəhətdən ölü olduğunu bildirib.

Hospitaldan verilən məlumatda isə deyilir ki, kralın əsas orqanları olan ürək, ağ ciyər və böyrəklər öz funksiyasını itirib və həkimlər ürək əzələlərini oyatmaq üçün bir neçə dəfə elektrik şok aparatından istifadə ediblər.


Story Code: 216377

News Link :
https://www.islamtimes.org/az/news/216377/ali-səud-ailəsi-kralın-sağ-olduğunu-göstərmək-üçün-onun-şəkillərini-yayımlayıb

Islam Times
  https://www.islamtimes.org