QR CodeQR Code

Türkiyənin raket sistemi Müsəlmanların vəhdətinə təhlükədir

İslamtimes , 29 Nov 2012 20:33

İslamtimes - İranlı millət vəkili deyib ki, Türkiyənin NATO-nun Patriot raketlərini Suirya ilə sərhəddə yerləşdirməsi regionda gərginliyi artıracaq və Müsəlman ümməti arasında münaqişə toxumlarını səpəcək.


islamtimes.org/az/ - Mehr xəbər agentliyi Nozər Şəfiidən sitat gətirərək deyib: “İran İslam Respublikası gücül Müsəlman dövləti olaraq Türkiyədən İsrail əleyhinə birləşməkdənsə İslamın təməlinə zərbə vuracaq və Müsəlman dünyasında daxili çaxnaşmaların yaranmasına səbəb olacaq hərəkətlərdən əl çəkməsini məsləhət görür.”

Məclisin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü olan Şəfii həmçinin Ankaranın öz sərhədlərini qorumaq haqqının olduğunu bildirib.

Parlamentari həmçinin xəbərdarlıq edərək bildirib ki, əgər Qərb hərbi aliyansı Suriyaya hərbi müdaxilə haqqında razılığa gəlsə bu zaman NATO-ya üzv dövlət olan Türkiyə Ərəb qonşusuna qarşı bu raketlərdən istifadə etməyi məqsədə uyğun görəcək.

Şəfii həmçinin aydınlıq gətirərək bildirib ki, İran Türkiyənin öz sərhədlərində təhlükəsizliyi gücləndirməsinin əleyhinə deyil, ancaq Türkiyə və Suriya hər iksi Müsəlman ölkələrdir və Türkiyənin mənəvi cəhətdən Suriyanın daxili işlərinə qarışmaq haqqı yoxdur.

Türkiyə NATO-dan rəsmi şəkildə Patriot raket sistemini Suriya ilə sərhəddində yerləşdirməsini tələb edib və iddia edərək bildirib ki, bu müdafiə xarakteri daşıyır və Suriyada həyata keçiriləcək heç bir əməliyyat zamanı istifadə edilməyəcək.


Story Code: 216394

News Link :
https://www.islamtimes.org/az/news/216394/türkiyənin-raket-sistemi-müsəlmanların-vəhdətinə-təhlükədir

Islam Times
  https://www.islamtimes.org