0
Friday 30 November 2012 - 11:30

Fələstin müşahidəçi statusunda BMT-yə üzv qəbul edilib

Story Code : 216482
Fələstin müşahidəçi statusunda BMT-yə üzv qəbul edilib
APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, qətnamənin lehinə 138 dövlət, əleyhinə isə ABŞ və İsrail də daxil olmaqla 19 ölkə səs verib.

Müşahidəçi dövlət statusu fələstinlilərə İsrailə qarşı Haaqa Beynəlxalq Cinayət Məhkəməsinə müraciət etmək imkanı verəcək. Qətnamədə fələstinlilərin öz müqəddəratını təyin etmək və 1967-ci il sərhədlərində müəyyən olunmuş Fələstin dövlətini yaratmaq hüququ da təsdiq olunub.

BMT Baş Assambleyasının qəbul etdiyi qətnamədə Yaxın Şərqdə sülh prosesinin dərhal davam edilməsinə çağırılıb, fələstinlilərlə İsrail arasında ədalətli və davamlı sülhə nail olunmasının vacibliyi qeyd edilib.
Comment