QR CodeQR Code

Merkel: Almaniya İsraili dəstəkləməkdə davam edəcək

İslamtimes , 2 Dec 2012 12:40

İslamtimes - Almaniya Kansleri Angela Merkel deyib ki, Tel Əvivin bu yaxınlarda xeyli qadın və uşaqların ölümü ilə nəticələnən Qəzza Zolağına olan hücumlarına baxmayaraq Berlin İsraili dəstəkləməyə davam edəcək.


islamtimes.org/az/ - Şənbə günü Merkel deyib: “Almaniya təhlükəsizlik məsələsində həmişə İsrailin yanında olacaq.”

O əlavə edərək deyib: “İsrailin öz vətəndaşlarını qorumaq tək onun haqqı yox, həmçinin vəzifəsidir.”

Merkel bu açıqlamanı BMT-də Fələstinə müşahidəçi dövlət statusu verilməsini təsdiqləməkdən boyun qaçırdıqdan iki gün sonra etdi.

Almaniya xarici işlər naziri Guido Vestervella deyib ki, Berlin BMT qətnaməsinin Fələstin və İsrail arasında olan danışıqları daha da mürəkkəbləşdirəcəyindən qorduğu üçün səs verməkdən imtina etdi.

O deyib: “Biz bu qərarı sadə bir qərar kimi qəbul etmirik. Almaniya Fələstin dövlətinin qurulmasının tərəfdarıdır. Biz bu yolda bir neçə kompaniya da təşkil etmişdik… ancaq real dövlətin yaradılması yalnız İsrail və Fələstin arasında baş verəcək danışıqlar nəticəsində mümkündür.”


Story Code: 217107

News Link :
https://www.islamtimes.org/az/news/217107/merkel-almaniya-israili-dəstəkləməkdə-davam-edəcək

Islam Times
  https://www.islamtimes.org