QR CodeQR Code

Bakı sürüşür

2 Dec 2012 13:06

IslamTimes - “Sürüşmənin eni 180-220 metr, uzunluğu 250 metrə qədər, çatın görünən dərinliyi isə 4-5 metrə qədərdir”


Bakı şəhərinin Səbail rayonu ərazisində sürüşmə hadisəsi baş verib. Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının rəisi Bəxtiyar Qaralov məlumat verib.
B. Qaralov sürüşmənin bu gün saat 13:00 radələrində Badamdar qəsəbəsindən 20-ci kilometrə gedən avtomobil yolunun sağ tərəfində, “Bəyoğlu” restoranın qarşısındakı ərazidə baş verdiyini deyib: “Badamdar yaylasının şərq yamacında sürüşmə hadisəsi qeydə alınıb. Sürüşmənin eni 180-220 metr, uzunluğu 250 metrə qədər, çatın görünən dərinliyi isə 4-5 metrə qədərdir ”.

B. Qaralov Fövqəladə Hallar Nazirliyinin (FHN) mütəxəssisləri ilə birlikdə əraziyə baxış keçirdiklərini də bildirib: “Biz həmin əraziyə baxış keçirmişik. Hadisə bizim tərəfimizdən qiymətləndirilib. Problemin aradan qaldırılması üçün ərazidən keçən yol stabillik yaranana kimi bağlanmalıdır. Ərazidə yeni tikilən evlər var. Onların bütün kanalizasiya suyu yamaca axıdılır ki, bu da sürüşməni yaradan amillərdən biri hesab olunur. Bunun qarşısını mütləq almaq lazımdır”. /HaqqYolu/


Story Code: 217112

News Link :
https://www.islamtimes.org/az/news/217112/bakı-sürüşür

Islam Times
  https://www.islamtimes.org