QR CodeQR Code

Çıxılmaz duruma düşən iranlılar

İslamtimes , 2 Dec 2012 23:42

İslamtimes - iranlıların vəziyyəti İlham Əliyevin hakimiyyəti dövründə daha da ağırlaşıb.


islamtimes.org/az/ - Hərdən bir yerli mətbuat nümayəndələri İrandan Azərbaycana gələn iranlılar haqqında məlumatları, xəbərləri yayır. Bu populyar mövzu deyil, üstəlik diqqət etsəniz görərsiniz ki, bu mövzu ilə maraqlananlar sadə jurnalistlərdir.

Həmin iranlıları “güneyli azərbaycanlılar” və ya bu kimi digər ifadələrlə adlandırırlar. Həmin iranlılar haqqında cəmiyyətimiz az məlumatlı olmasının bir səbəbi də budur ki, onlar barəsində nadir hallarda sadə jurnalistlər nəsə bir şey yazır.

Onların arasında Azərbaycana 1990-cı illərin əvvəllərində Qarabağ savaşına qatılmaq üçün gələnləri də var, tələbələri də və siyasi mühacirləri də. Ancaq nəticədə burda qalmağı qərar verənlərinin hamısı özünü siyasi mühacir bilir və Azərbaycan hakimiyyətinə özləri haqqında belə təqdimatla çıxış edir.

Elə sizin də mətbuatdan oxuduğunuz Həsən Məhdəvi işinə baxsaq iranlı mühacirlərin vəziyyəti haqqında anlayışımız olar. Onlara nə vətəndaşlıq verilir, nə siyasi sığınacaq verilir, heç bir sosial təminatları olmur, heç bir hüquqları olmur, çətinliklə əldə edə bildikləri qaçqın kartı isə heç bir işə yaramır.

Başqaları da Məhdəvinin günündədir, düzdü deyilənə görə Azərbaycanda inralı mühacirlərin sayı 100-ü ötmür ancaq olanların vəziyyəti çox kritikdir. Azərbaycandan isə İrana siyasi mühacirət üçün gedənlərin sayı haqqında heç vaxt eşitməmişəm, bircə Mahir Cavadov yadıma düşür.

Azərbaycana vətən deyib gələn iranlılar burda qarşılaşdıqları iztirabları gördükdöən sonra anlayırlar ki, mühacirət üçün Azərbaycanda doğru seçim deyil, iranlıların vəziyyəti İlham Əliyevin hakimiyyəti dövründə daha da ağırlaşıb.

Əslində bu “azmış” iranlıların qayğısına ən çox bu mövzularda sinəsinə döyən Sabir və Tənzilə Rüstəmxanlılar qalmalıdır, ancaq onların bu iranlılarla maraqlanmaması onu göstərir ki, Rüstəmxanlı ailəsi əslində ideya adamları yox, kimlərinsə əlində olan oyuncaqdır.

İSLAMTİMES - HACI NƏCƏF


Story Code: 217311

News Link :
https://www.islamtimes.org/az/news/217311/çıxılmaz-duruma-düşən-iranlılar

Islam Times
  https://www.islamtimes.org