QR CodeQR Code

Terroristlərin daha bir gizli tuneli aşkarlandı

3 Dec 2012 10:36

IslamTimes - Suriyada terroristlər müxtəlif məntəqələrə hücumlar təşkil etdikdən sonra hadisə yerini xəsarətsiz tərk etmək üçün tunellərdən istifadə edir.


"IslamTimes" xəbər verir ki, Suriyada terroristlər müxtəlif məntəqələrə hücumlar təşkil etdikdən sonra hadisə yerini xəsarətsiz tərk etmək üçün tunellərdən istifadə edir. Onlar bu tunelləri məskunlaşdıqları əsas məntəqəyə yaxın evlərdə qazır.

Xatırladaq ki, bir müddət öncə hökumət əleyhinə vuruşan silahlılar Dəməşq Beynəlxalq Hava Limanına hücum edərək yoldan keçən avtomobillərə atəş açmışdı. Bu hadisə nəticəsində hava limanının iki işçisi yaralanmışdı. Hadisə yerinə gələn təhlükəsizlik qüvvələri terroristlərin hücumunu dəf etdikdən sonra gizli bir tunel aşkarlayıb. Bu tunel də öncə aşkarlanmış tunellər kimi dinc sakinlərin birinin evində qazılıb. Xatırladaq ki, uyğun tunellərin qazılması üçün sakinlər məcburi şəkildə evindən çıxarılır. Fotoda gördüyünüz tunel hava limanı ətrafında olan 6 tuneldən biridir.


Story Code: 217438

News Link :
https://www.islamtimes.org/az/news/217438/terroristlərin-daha-bir-gizli-tuneli-aşkarlandı

Islam Times
  https://www.islamtimes.org