0
Tuesday 4 December 2012 - 11:23

Qatar əmirinin missiyası uğursuzluqla nəticələndi

Story Code : 217758
Qatar əmirinin missiyası uğursuzluqla nəticələndi
"IslamTimes" xəbər verir ki, İsrailin "Yedioth Ahronoth" qəzeti Vaşinqton və Doha arasında imzalanan anlaşmanı faş edib.

Ərəb baharından öncə ABŞ və Qatar dövlətləri arasında imzalanmış bu sazişi oxuduqda Həməd bin Xəlifə Ali Saninin Ağ Evin əlində bir oyuncağa çevrildiyi açıq-aydın məlum olur. Saziş faş olunandan sonra Qatar əmirinin ABŞ tərəfindən təyinatlandırılmış missiyasında məğlubiyyətlə üzləşdiyi məlum olub.

Həməd bin Xəlifə Livanın cənubuna yardımlar göndərməklə, orada binalar inşa etdirməklə Hizbullah lideri Seyyid Həsən Nəsrullaha yaxınlaşmaq niyyətində imiş. O bu səmimiyyətlə Nəsrullahın sakin olduğu məntəqəni dəqiqliklə təyin etmək istəyirmiş. Amma onun uyğun planı baş tutmayıb.
Comment