QR CodeQR Code

Ramallahdakı Misir səfirindən referendum çağırışı

4 Dec 2012 17:19

IslamTimes - Misirin Ramallahdakı səfiri Yasir Osman burada yaşayan misirliləri referendumda iştirak etməyə çağırıb.


"IslamTimes" "Al-Yavmus-Sabe" xəbər agentliyinə istinadən bildirir ki, Misirin Ramallahdakı səfiri Yasir Osman burada yaşayan misirliləri referendumda iştirak etməyə çağırıb. Səfir bildirib ki, referendumda iştirak etmək istəyənlər ya səfirlik binasına gəlməklə, ya da Ali Seçki Komitəsinin veb səhifəsindən istifadə ilə səs verə bilər.

Yasir Osman Qəzzada yaşayan misirlilərin referendumda iştirak etməsi ilə bağlı deyib: "Qəzzada yaşayan misirlilər referendumda iştirak etmək üçün Ramallahdakı səfirlik qərargahına, həm də Ali Seçki Komitəsinin veb səhifəsinə müraciət edə bilərlər. Kimsənin uyğun mövzuda sualı olsa Misir səfirliyinin veb səhifəsinə ünvanlaya bilər."

Misirdə 25 yanvar inqilabından bu günədək Qəzzada yaşayan 11 min fələstinli Misir qanunları əsasında bu ölkənin vətəndaşlığını alıb.


Story Code: 217909

News Link :
https://www.islamtimes.org/az/news/217909/ramallahdakı-misir-səfirindən-referendum-çağırışı

Islam Times
  https://www.islamtimes.org