0
Wednesday 5 December 2012 - 11:25

Səfirlərin geri çağırılması İsraili hərəkətə keçirdi

Story Code : 218106
Səfirlərin geri çağırılması İsraili hərəkətə keçirdi
Bu barədə İsrailin baş nazirliyinin ofisi məlumat yayıb. İşğalçı rejimin baş nazirinin ötən həftə Fələstinlə bağlı BMT-də keçirilən səs vermədə Fələstinin əleyhinə səs verən Çexiyaya və bitərəf qalan Almaniyaya səfər etməsinin təsadüf olmadığı bildirilir. Netanyahunun bir neçə ay bundan öncə Almaniyaya səfəri planlaşdırılırdı. Lakin birdən-birə səfər planına Çexiyanın da adının salınması Almaniyaya mesaj olaraq xarakterizə edilir. Baş nazirin Çexiya səfəri 3 saat davam edəcək. Çexiya hökumətinə təşəkkür üçün səfər edən Netanyahu 3 saatdan sonra Berlinə gedəcək.

İsrail mətbuatı, Berlin səfəri zamanı Netanyahu ilə Merkel arasında baş tutacaq görüşün soyuq və gərgin keçəcəyi barədə məlumat yayıb.

Qeyd edək ki, İsrail ilə 1965-ci ildə diplomatik əlaqələr quran Almaniya, ilk dəfə olaraq İsraili beynəlxalq arenada keçirilən səs vermədə tək buraxıb. Almaniyanın bu addımı İsraili məyus edib. /FaktXeber/
Comment