0
Wednesday 5 December 2012 - 21:36

İran “Aşura” adlı geniş hərbi təlimlərə başlayır

Story Code : 218306
İran “Aşura” adlı geniş hərbi təlimlərə başlayır
Təlimlərin keçirilməsində məqsəd böhran və müharibələr zamanı İran Silahlı Qüvvələrinin təlimatlandırılmış fəaliyyətini məşq etməkdir, - “İslamNyus”.

Bu barədə İranın Quru Qüvvələrinin Qərargah rəisi, briqada generalı Əhməd Rza Purdistan bildirib. Onun sözlərinə görə, onlar hər an yeni müharibə ssenarilərini nəzərdən keçirirlər.

“Biz ümid edirik ki, bu təlimlər zamanı hər cür müharibələrə hazırlaşa biləcəyik. Silahlı qüvvələrimizin döyüş hazırlığı və gücü ən yüksək səviyyədədir. Bizim döyüş hazırlığımız kökündən digər təhlükələrdən fərqlənən hər formalı təhlükələrə cavab verməyə imkan verir”, - deyə Əhməd Rza bildirib.
Source : Deyerler
Comment