0
Thursday 6 December 2012 - 01:02

İsrail də ABŞ-ın Suriyanın kimyəvi silahlardan istifadə etməsi iddiasına qoşulub

Story Code : 218361
İsrail də ABŞ-ın Suriyanın kimyəvi silahlardan istifadə etməsi iddiasına qoşulub
İsrail də ABŞ-ın Suriyanın kimyəvi silahlardan istifadə etməsi iddiasına qoşulub
Islam times.org/az/ - Çərşənbə axşamı günü Netanyahu deyib ki, Tel Əviv rejimi Suriyada kimyəvi silahların istifadə imkanlarının monitorinqini aparacaq.

O bu açıqlamanı bazar ertəsi günü Obamanın iddia edərək Suriya prezidenti Bəşər Əsədin üsyançılara qarşı kimyəvi silahlardan istifadə etmək istədiyini bildirdikdən sonra etdi. Dəməşq isə bu iddianı kəskin şəkildə rədd etdi.

3 Dekabrda ABŞ-ın Atlantik jurnalı məlumat dərc edərək bildirib ki, İsrail rejimi İordaniya hökumətindən Suriya daxilindəki “kimyəvi silahlar bazasını” vurmaq üçün “icazə” gözləyir.

Jurnal qeyd edərək bildirib ki, Netanyahu İsrail kəşfiyyat agentliyi olan Mossadın nümayəndələrini keçən iki ay ərzində Suriya bazalarını bombalamaq məsələsinə görə iki dəfə Ammana göndərib. Ancaq bu plan İordaniya tərəfindən rədd edilib.

Atlantik juranlı həmçinin əlavə edərək deyib ki, bu günlər ərzində İsrail və ABŞ-ın pilotsuz təyyarələri İordaniya-Suriya sərhədləri üzərində uçuşlar ediblər.
Source : İslamtimes
Comment