QR CodeQR Code

Britaniya Müdafiə Naziri: İrana hücum Britaniya iqtisadiyyatını darmadağın edəcək

İslamtimes , 7 Dec 2012 01:42

Islamtimes - Britaniya müdafiə naziri Filip Hammond deyib ki, İrana qarşı hər hansı bir hərbi hücum bir başa İngiltərə iqtisadiyyatına təsir edəcək bu iqtisadiyyatın yenidən dirçəlmə şanslarını sıfıra endirəcək.


islamtimes.org/az/ - “The Guardian” qəzetinin verdiyi məlumata əsasən Hammond parlamentin milli təhlükəsizlik strategiyası haqqında təşkil etdiyi iclas zamanı çıxış edərək deyib ki, İran nüvə obyektlərinə hücum neftin qiymətinin kəskin şəkildə qalxmasına səbəb olacaq və bu da Britaniyaya bir başa təsir edəcək.

Hammond deyib: “ İrana hücum regionu bərbad vəziyyətə salacaq və bu da dərhal neftin qiymətinə təsir edəcək və neftin qiymətinin qalxması da İngiltərə iqtisadiyyatına bir başa təsir edəcək və iqtisadiyyatın yenidən dirçəlməsi şansını sıfıra endirəcək.”

ABŞ, İsrail rejimi və İngiltərə də daxil olmaqla onların bəzi müttəfiqləri dəfələrlə İranı nüvə enerji proqramından hərbi məqsədlər üçün istifadə etməkdə ittiham etmiş və bu proqramdan əl çəkməsi üçün hərbi hücum ilə təhdid etmişdilər.

İran isə öz növbəsində bu iddiaları rədd etmiş və bildirmişdir ki, Nüvə Silahı Yayılmama Razılığını imzlayan və Beynəlxalq Atom Enerjisi Agentliyinin üzvü olaraq nüvə enerjisindən dinc məqsədlər üçün istifadə etməyə tam haqqı var.


Story Code: 218725

News Link :
https://www.islamtimes.org/az/news/218725/britaniya-müdafiə-naziri-irana-hücum-iqtisadiyyatını-darmadağın-edəcək

Islam Times
  https://www.islamtimes.org