0
Friday 7 December 2012 - 02:44

Səudiyyə rejimi Britaniyanın ən böyük silah alıcısıdır

Story Code : 218731
Səudiyyə rejimi Britaniyanın ən böyük silah alıcısıdır
Səudiyyə rejimi Britaniyanın ən böyük silah alıcısıdır
Islam times.org/az/ - 3 Dekabrda Səudiyyənin paytaxtı Riyadda baş tutan görüşdə Hammond Britaniya hökumətinin neft ilə zəngin olan ölkənin hakim partiyasını dəstəklədiyini bildirib.

Ərəb krallığının rəsmiləri anti rejim əleyinə keçiriləcək hər hansı bir nümyişə qarşı ciddi xəbərdarlıq etdiyi bir dövrdə hər iki ölkə rəsmisi hərbi sahə də daxil olmaqla bütün sahələr üzrə iki tərəfli əlaqələri inkişaf etdirmək haqda razılığa gəliblər.

Səudiyyə Ərəbistan illik 15 milyard funt sterlinq ticarət dövriyyəsinə malik olmaqla Britaniyanın Yaxın Şərqdəki ən böyük ticarət əməkdaşıdır. May ayının əvvəllərində Ərəb ölkəsi 30-dan çox qırıcı təyyarə almaq və bu təyyarələrdə uçuşları həyata keçirmək üçün Səudiyyəli pilotlara təlim keçmək üçün Britaniyanın “BAE Systems” şirkəti ilə 1.3 milyard funt sterlin dəyərində müqavilə imzalamışdır.

2011-ci ilin fevral ayından etibarən etirazçılar əsasən Qətif, Avamiyyə şəhərləri daxil olmaqla Səudiyyə Ərəbistanın bütün ərazilərində rejim əleyhinə nümayişlərə başlayıblar. Onlar siyasi məhbusların azad edilməsini, söz və toplaşmaq azadlığının təmin edilməsini və ölkədə olan ayrıseçkiliyə son qoyulmasını tələb edirlər.
Source : İslamtimes
Comment