0
Friday 7 December 2012 - 10:42

İsrail rejimi bu dəfə Almaniyadan dəstək ala bilmədi

Story Code : 218770
İsrail rejimi bu dəfə Almaniyadan dəstək ala bilmədi
İsrail rejiminin Avropadakı ən böyük dəstəkçisi olan Almaniyadan Fələstin torpaqlarında yeni qanunsuz yaşayış yerlərinin inşası ilə bağlı dəstək almaq mümkün olmayıb, - “BBC”.

Almaniya kansleri Angela Merkel Netanyahu ilə keçirilən görüşün ardınca təşkil edilmiş mətbuat konfransında çıxışı zamanı bildirib ki, onlar İsrail rejiminin qanunsuz yaşayış yerləri inşası planını dəstəkləmirlər.

Angela Merkel onu da bildirib ki, İsrail rejiminin Fələstin torpaqlarında qanunsuz yaşayış yerlərinin inşası planı ilə bağlı İngiltərə və Fransa kimi Avropa ölkələrinin sərt tənqidlərini də dəstəkləmir. O iddia edir ki, Fələstində ortaq konsensusa gəlinməlidir. /Deyerler/
Comment