QR CodeQR Code

Rusiya ilə ABŞ arasında yeni gərginlik

7 Dec 2012 16:35

IslamTimes - Amerika Senatı tərəfindən “Maqnistski” qanunun qəbul edilməsinə etiraz olaraq Rusiya ABŞ-da insan haqlarını pozan şəxsləri bu ölkə ərazisinə buraxmayacaq.


Bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib, - “RBK”.

“Hillari Klinton ilə Dublində keçirilən görüş zamanı mən bir daha təsdiqlədim ki, insan haqlarının pozulamsına görə təqsirli bildiyimiz amerikalıların Rusiyaya girişini yasaqlayacağıq”, - deyə Lavrov keçirdiyi mətbuat konfransında bildirib.

Qeyd edək ki, ABŞ Senatında Rusiya ilə ABŞ arasında ticarət məhdudiyyətlərini aradan qaldıran qanunun qəbulu ilə yanaşı, “Maqnitski qanunu” da qəbul edilib. Həmin qanuna görə, Amerikada insan haqlarını pozduğuna görə “qara siyahı”ya düşmüş bəzi Rusiya məmurlarının ABŞ-a girişi qadağan edilir. /Deyerler/


Story Code: 218771

News Link :
https://www.islamtimes.org/az/news/218771/rusiya-ilə-abş-arasında-yeni-gərginlik

Islam Times
  https://www.islamtimes.org