QR CodeQR Code

Kərzai NATO və ABŞ-ı Əfqanıstanda təhlükəsizliyi pozmaqda günahlandırıb

İslamtimes , 7 Dec 2012 13:27

İslamtimes - Əfqanıstan prezidenti Hamid Kərzai Qərb hərbi aliyansı olan NATO-nu və ABŞ-ı kəskin tənqid edərək onları ölkədə təhlükəsizliyi pozmaqda günahlandırıb.


islamtimes.org/az/ - Frans Press Agentliyinin bildirdiyinə görə Amerikanın NBC telekanalına müsahibə verən Kərzai deyib: “Əfqanıstanda mövcud olan təhlükənin bir hissəsi də bizə NATO və Amerikanın Əfqanıstanda yaratdığı şəraitdən irəli gəlir.”

Əfqan prezidenti ölkədəki ABŞ qoşunlarını ölkədə gecə reydləri keçirdikləri və günahsız insanları qətlə yetirdikləri üçün tənqid edib.

Keçən bir neçə ay ərzində ABŞ qüvvəllərinin ölkədə həyata keçirdiyi təcavüz və zorakılıq nəticəsində həlak olan Əfqanların sayı xeyli artmışdır.

ABŞ iddia edərək bildirib ki, əməliyyatlardan məqsəd terroristləri zərərsizləşdirməkdir, ancaq yerli əhali bildirib ki, bu əməliyyatların əsas qurbanları sivil vətəndaşlardır.

Kərzai həmçinin təhdid edərək bildirib ki, ABŞ ordusunun Əfqanıstanda gələcəkdəki rolu haqda danışıqları təxirə salacaq.

ABŞ və onun müttəfiqləri 2001-ci ildə terrorla mübarizə adı altında Əfqanıstanı işğal etmişdilər. İşğaldan 11 il keçməsinə və 130 min ABŞ qoşununun Əfqanıstanda olmasına baxmayaraq bütün ölkə boyu ərazidə təhlükə daha da artmışdır.


Story Code: 218785

News Link :
https://www.islamtimes.org/az/news/218785/kərzai-nato-və-abş-ı-əfqanıstanda-təhlükəsizliyi-pozmaqda-günahlandırıb

Islam Times
  https://www.islamtimes.org