0
Saturday 8 December 2012 - 17:11

10 dekabr aksiyasının təşkilatçıları BŞBPİ-yə çağırılıblar

Story Code : 219211
10 dekabr aksiyasının təşkilatçıları BŞBPİ-yə çağırılıblar
İP katibi, piketin Təşkilat Komitəsinin üzvü Gülağa Aslanlının APA-ya verdiyi məlumata görə, bu gün səhər saatlarında ona BŞBPİ-nin ictimai təhlükəsizlik idarəsindən zəng edilib. O və piket təşkilatçısı kimi Bakı Şəhər İcra Hakimiyyətinə ünvanlanan müraciətə imza atan daha iki İP üzvü paytaxt Baş Polis İdarəsinə dəvət edilib. Onunla danışan polis əməkdaşı piket təşkilatçıları ilə BŞBPİ-nin rəhbərliyinin görüşəcəyini söyləyib.

Görüş saat 17.00-da keçiriləcək.

Qeyd edək ki, Müsavat Partiyası dekabr 10-da saat 14.00-dan 15.00-dək Milli Məclisin binası qarşısında piketin keçirməyi planlaşdırır. Bu aksiya İctimai Palata tərəfindən də dəstəklənib. Bakı Şəhər İcra Hakimiyyəti isə piketin keçirilməsini məqsədəuyğun saymayıb. /Müsavat/
Comment