QR CodeQR Code

İran ABŞ-ı nüvə sınaqları keçirdiyi üçün tənqid edib

İslamtimes , 8 Dec 2012 19:42

İslamtimes - İran ABŞ-ı təzəlikcə Nevada da keçirtdiyi nüvə sınağına görə tənqid etmiş və demişdir ki, bu sınaq dünya sülhünü və qlobal təhlükəsizliyi təhdid altına qoyur və ABŞ-ın nüvə tərksilahı sahəsində ikiüzlülüyünü nümayiş etdirir.


islamtimes.org/az/ - Cümə günü İran xarici işlər naziriliyinin sözçüsü Ramin Mehmanpərəst deyib ki, bu sınaq Vaşinqtonun beynəlxalq ictimaiyyətin nüvə tərksilahı haqqında çağırışlarına əhəmiyyət verməyərək kütləvi qırğın silahları üzərinə qurulmuş öz siysətini davam etdirməsini göstərdi.

Polluks adlanan bu sınaq çərşənbə günü Los Alamos Milli Labaratoriyası, Sandia Milli Labaratoriyaları və Nevada Milli Təhlükəsizlik Sahəsinin birgə əməkdaşlığı nəticəsində həyata keçirilib.

ABŞ Milli Nüvə Təhlükəsizlik Administratiyası deyib ki, 27-ci orta kritik təcrübənin aparılmasından məqsəd Vaşinqtonun nüvə silahlarının təhlükəsiz və effektiv şəkildə qorunub saxlanmasına əmin olmaq idi.

Buna baxmayaraq bu sınaq nüvə silahına tuş gəlmiş Xerosima və Naqasaki əhalisi tərəfindən kəskin şəkildə tənqid edilib.

Xerosimanın meri Kazumi Matsui deyib: “Mən başa düşə bilmirəm ki, niyə nüvə silahından azad dünya yaratmağa söz verən ABŞ prezidenti Barak Obama bu sınaqları həyata keçirir.”

Naqasaki Atom Bombası Hücumundan Sağ Qalanlar Şurasının baş katibi Hirotami Yamada deyib ki, bu sınaq onu sübut edir ki, ABŞ istədiyi hər vaxt nüvə silahlarını isitfadə edə bilər.


Story Code: 219285

News Link :
https://www.islamtimes.org/az/news/219285/iran-abş-ı-nüvə-sınaqları-keçirdiyi-üçün-tənqid-edib

Islam Times
  https://www.islamtimes.org