0
Saturday 8 December 2012 - 20:30

İran və Rusiyanın ABŞ-a kəşfiyyat zərbəsi

Story Code : 219300
İran və Rusiyanın ABŞ-a kəşfiyyat zərbəsi
İran və Rusiya Suriyada çalışan ABŞ, türk, ərəb, Fransa zabit və məmurlarına yadda qalası bir zərbə vurub. Hələ ki, ABŞ və müttəfiqlərinin bu zərbəyə necə reaksiya verəcəyi məlum deyil. Nəzərdə tutulan əməliyyat Rusiya prezidenti Putin İstanbulu tərk edərkən başlayıb və hələ də davam edir.

Suriya ordusu dəqiq bir əməliyyatla Dəməşq ətrafında minlərlə qiyamçı və Əl-Qaidə terroristlərini həlak ediblər. Etibarlı mənbə bildirir ki, İran Rusiya ilə həmkarlıqla terrorçu müxaliflərin, Türkiyədə yerləşən ABŞ kəşfiyyatçılarının planlarını aşkarlayıb və önləyici tədbirlərlə müxaliflərin bu əməliyyata olan ümidləri puça çıxarıb.

Mənbə bildirir ki, qiyamçılar Dəməşqə son hücum üçün 50 minə yaxın qüvvəni paytaxt ətrafında yerləşdirdiyi vaxt İran və Rusiya onları önləyərək Suriya ordusunu məlumatlandırır və ordu hələ hazırlıq mərhələsində olan qiyamçıları darmadağın edib.

Qiyamçılar nəzərdə tuturdu ki, Dəməşq ətrafında 4 hava limanı və Dəməşq magistral yolu ələ keçirilsin. Əvəzində terrorçular 5 min döyüşçü itirib, minlərlə döyüşçü yaralanıb, yüzlərlə döyüşçü əsir götürülüb. Bir sözlə, Dəməşqin alınması planı alt-üst olub.

Əməliyyat planını amerikalılar türklər və ərəblər vasitəsi ilə həyata keçirməyi nəzərdə tuturdu. Lakin Suriya ordusu onları qabaqlayaraq qruplaşmalara zərbə endirdi və hal-hazırda Dəməşq ətrafında bütün şəhərlərdə ciddi təmizləmə əməliyyatları gedir.

Bu məlumata əsasən, bu vaxta qədər döyüşlərdə özünü göstərmiş Əl-Qaidəyə bağlı qruplar uğursuzluğa düçar olduğundan ABŞ onları terroristlər siyahısına salıb.

Suriya ordusu qiyamçıların yay hücumunda təcrübəyə malik idi. Bu dəfəki hücum planından xəbər tutan ordu məntəqəyə bütün giriş-çıxış yollarını bağladı, silah-sursat anbarları nəzarətə götürüldü.

Son xəbərlərə görə Şərqi Ğutə və Dariya məntəqələrində mühasirəyə düşən müxaliflər son nəfəsdə Dəməşq və ya Əqrəba hava limanına daxil olmağa çalışıblar. Bu isə daha artıq itki deməkdir. ABŞ bu itkini necə ödəyəcək? Əməliyyatlar davam edir. İranın Suriya ordusuna bu dəstəyi elə bir zamanda baş verdi ki, azca əvvəl İspaniyadan qayıdan Ərdoğan “artıq Suriyada İranın rolu yoxdur” demişdi.
Comment