0
Monday 10 December 2012 - 11:00

Rusiya yalnız özünün irəli sürdüyü şərtlərlə danışıqlara hazırdır

Story Code : 219771
Rusiya yalnız özünün irəli sürdüyü şərtlərlə danışıqlara hazırdır
"IslamTimes" "Novosti"-yə istinadən xəbər verir ki, Rusiya xarici işlər naziri Sergey Lavrov deyib: "Rusiya ilə ABŞ arasında RƏM sistemləri ilə bağlı danışıqlar yalnız iki şərtlə gerçəkləşə bilər. Uyğun şərtlərdən biri RƏM sisteminin müştərək şəkildə yaradılması, digəri bu sisteminin anti-Rusiya mövqeyinin olmaması ilə bağlı zəmanət verilməsidir."

Lavrov əlavə edib: "Bizim RƏM sistemləri ilə bağlı danışıqlardan kənarda qalmaq niyyətimiz yoxdur. Amma danışıqlara qatılmağımız da yalnız qeyd olunan iki şərtlə baş tuta bilər. Rusiya Avropa raketdən müdafiə sisteminin hazırlanmasında birbaşa iştirak etməlidir. Biz bu sistemin həqiqətən də raket təhdidlərindən qorunmaq məqsədi ilə hazırlandığını yaxından müşahidə etməliyik. Bizə uyğun RƏM sisteminin Suriyaya qarşı istifadə edilməyəcəyinə zəmanət verilməlidir. Raketdən müdafiə sisteminin bütün xüsusiyyətləri Rusiyanın ixtiyarında olmalıdır ki, mütəxəssislərimiz tərəfindən araşdırılaraq onun həqiqətən də zəmanət verildiyi kimi istifadə ediləcəyindən əmin olaq."
Comment