QR CodeQR Code

Suriyanın işğalı "Böyük Orta Şərq" planının bir hissəsi

10 Dec 2012 11:33

IslamTimes - Yusuf Halaçoğlu: Qərb və ABŞ Türkiyəni Suriya alovuna atmaq niyyətindədir.


"IslamTimes" Türkiyə KİV-nə istinadən xəbər verir ki, Türkiyə parlamentinin MHP-dən olan üzvü Yusuf Halaçoğlu bildirib ki, Qərb və ABŞ Türkiyəni Suriya alovuna atmaq niyyətindədir. Suriyanın işğalı ABŞ və İsrailin "Böyük Orta Şərq" planının bir hissəsidir. Amerika əslində bu layihə ilə regiondakı maraqları ardıncadır.

Yusuf Halaçoğlu əlavə edib ki, ABŞ "Böyük Orta Şərq" layihəsi ilə məntəqənin zəngin enerji, neft və qaz resurslarına yiyələnmək niyyətindədir. Onlar bu yolla hazırda inkişafda olan Çin iqtisadiyyatının da qarşısını ala bilərlər."

Millət vəkili bildirib ki, Əfqanıstan və İraqın işğalında da məqsəd adı çəkilən layihənin gerçəkləşdirilməsi olub. ABŞ hazırda İran və Suriyaya qarşı təxribatçı planları ilə Mərkəzi Asiyanın neft və qazını Aralıq Dənizinə ötürmək üçün keçidlər açmaq ardıncadır.


Story Code: 219786

News Link :
https://www.islamtimes.org/az/news/219786/suriyanın-işğalı-böyük-orta-şərq-planının-bir-hissəsi

Islam Times
  https://www.islamtimes.org