QR CodeQR Code

Lavrov: Rusiya Liviya ssenarisinin Suriyada təkrarlanmasına icazə verməyəcək

İslamtimes , 10 Dec 2012 15:14

İslamtimes - Rusiya xarici işlər naziri Serqey Lavrov Moskvanın Suriyada Liviya ssenarisinin təkrarlanmasına qarşı kəskin tənqidini ifadə etmiş və bildirmişdir ki, Kreml bu cür hadisələrin yenidən baş verməsinə icazə verməyəcək.


islamtimes.org/az/ - RİA Novosti xəbər agentliyi Lavrovda sitat gətirərək deyib: “Biz Liviya təcrübəsinin Suriyada təkrarlanmasına imkan verməyəcəyik. Çox təəssüflər olsun ki, bizim Qərb müttəfiqlərimiz Cenevrə razılaşmasından boyun qaçırmışlar və Bəşər Əsədi hakimiyyətdən yıxmaq istəyirlər.”

O sözlərinə davam edərək Rusiyanın Əsədin gələcəyi ilə bağlı heç bir danışığa qatılmadığını bildirmiş və Moskvanın Suriya prezidentindən geri çəkilməsini tələb etməsi haqqında yayılan şaiələri təkzib edib.

Lavrov deyib: “Biz Əsədin taleyi ilə bağlı heç bir danışıqlar aparmamışıq. Vəziyyəti fərqli göstərmək üçün atılan addımlar çox utanc vericidir, hətta bəzi ölkələrin xarici siyasəti faktları təhrif edərək öz xeyirlərinə istifadə etməkdən ibarətdir. ”

O qeyd edərək bildirib ki, mühüm məsələ Suriyadakı münaqişəyə son qoymaqdır, nəinki bir şəxsin taleyini həll etmək.

Rusiya xarici işlər naziri əlavə edərək Kremlin Suriyada tək bir lideri fikirləşmədiyini bildirmiş və demişdir: “Bizim Suriya haqqında mövqeyimiz məlumdur. Moskva Suriya siyasi səhnəsində nə Əsədə, nə də ki, digər bir siyasi fiqura bağlı deyil.”


Story Code: 219902

News Link :
https://www.islamtimes.org/az/news/219902/lavrov-rusiya-liviya-ssenarisinin-suriyada-təkrarlanmasına-icazə-verməyəcək

Islam Times
  https://www.islamtimes.org