QR CodeQR Code

ABŞ-ın dəstəklədiyi quldurlar

11 Dec 2012 00:07

IslamTimes - Qərb, ABŞ, Türkiyə kimi dövlətlər tərəfindən dəstəklənən Suriya hökuməti müxalifləri bir daha əsil quldur, cani olduqlarını sübuta yetiriblər. Onlar jurnalisti edam etmək fikrinə düşüblər.


Suriya müxalifəti rusiyalı jurnalist Anxar Koçneva üçün tələb edilən pul ödənilməyəcəyi təqdirdə, onu edam edəcək. Lentaz-ın “Vesti”-yə istinadən verdiyi məlumata görə, bununla bağlı Suriya Azadlıq Ordusunun komandirləri Əbu Candal və Fərid Əbu Hüseyn ultimatum imzalayıblar.

Jurnalistin azadlığa buraxılması üçün 50 milyon dollar tələb edilir. Suriya müxalifətinin qoyduğu müddət dekabrın 13-də başa çatacaq. Jurnalistin rəfiqəsi, deputat Darya Mitina deyib ki, əgər bu müddət ərzində tələb edilən pul ödənilməzsə, Suriya müxalifəti jurnalisti edam edəcək. Xatırladaq ki, Koçneva oktyabrın 7-də itkin düşüb. Az sonra onun müxaliflər tərəfindən oğurlandığı məlum olub. /AzNews/


Story Code: 220064

News Link :
https://www.islamtimes.org/az/news/220064/abş-ın-dəstəklədiyi-quldurlar

Islam Times
  https://www.islamtimes.org