QR CodeQR Code

İran ABŞ pilotsuzunun bütün şifrələrini çözdü

11 Dec 2012 07:03

IslamTimes - İran endirdiyi “RQ-170″ pilotsuz təyyarəsinin (ABŞ-a məxsus) məlumatlarını tam üzə çıxarıb.


Bu barədə İran İnqilabı Keşikçiləri Korpusu Silahlı Qüvvələrinin komandanı Əmir Əli Hacızadə “Mehr” agentliyinə bildirib.

“Barak Obama və işğalçı İsrailin rəsmi şəxsləri bildiriblər ki, pilotsuz təyyarəyə İranın nüvə obyektlərini güdmək tapşırılıb. Lakin iranlı mütəxəssislər uçuş aparatının məlumatlarını üzə çıxarıblar və məlum olub ki, təyyarə nüvə obyektlərinə yaxınlaşmayıb”, – Hacızadə qeyd edib.

Hacızadə vurğulayıb ki, “RQ-170″ haqqında ətraflı məlumat daha sonra veriləcək.

Qeyd edək ki, Tehran 2011-ci il dekabrın 4-də tam məxfi “RQ-170 Sentinel” təyyarəsinin ələ keçirilməsi xəbəri ilə ABŞ-ı şoka salmışdı. /Trend/


Story Code: 220093

News Link :
https://www.islamtimes.org/az/news/220093/iran-abş-pilotsuzunun-bütün-şifrələrini-çözdü

Islam Times
  https://www.islamtimes.org